Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:19

Xalq artisti Zöhrab Adıgözəlzadə vəfat edib


Azərbaycanın xalq artisti, professor Zöhrab Adıgözəlzadə vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Zöhrab Adıgözəlzadə son illər Türkiyədə çalışıb.

Mərhum uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Son aylar o, yataq xəstəsi olub.

Zöhrab Adıgözəlzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadənin atasıdır.

Vida mərasimi sabah saat 14:00-dən 16:00-dək Bakı Musiqi Akademiyasında keçiriləcək.
XS
SM
MD
LG