Bu gün Misirdə prezident seçkiləri keçirilir. Bu, ölkəyə 30 il rəhbərlik etmiş Hosni Mubarakin istefasından sonra keçirilən ilk prezident seçkisidir.
Seçkidə 50 milyon seçici iştirak edir. Prezidentlik uğrunda isə 13 namizəd mübarizə aparır. Müşahidəçilər onlardan 5-in daha çox şanslı olduğunu bildirir. Onlar – Ərəb Dövlətləri Liqasının keçmiş rəhbəri Amir Mossa, islamçı Abdelmunem Abulfutuh, “Müsəlman Qardaşları”nın nümayəndəsi Mohammed Mursi, keçmiş baş nazir Ahmed Shafik və sosialist Hamdin Sabahidir.
Seçki iki gün – mayın 23-24-də keçiriləcək. Seçkidə qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, iyunda ikinci tur keçiriləcək.
Seçkidə 50-dən artıq ölkədən müşahidəçi iştirak edəcək.