Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 17:42

Qatar partlayışına görə 4 nəfər ömürlük, altı nəfər müddətli azadlıqdan məhrum edildi

Rusiyada qatara hücuma görə 4 nəfəri ömürlük həbsə məhkum edildi. Tver vilayət məhkəməsində səslənən ittihama görə müttəhimlərin hamısı islamçı yaraqlı qrupun üzvü olduqlarını etiraf ediblər.

Hakim deyib ki, müttəhimlərin 2009-cu ilin noyabrında 27 nəfərin ölümü, onlarla adamın da yaralanması ilə nəticələnmiş Moskva-Sankt-Peterburq sərnişin qatarına bombalı hücumda iştirak etdikləri təsdiq olunub.

Müttəhimlər kürsüsündəki 10 nəfərdən 4-ü ömürlük, 6-ı isə yeddi ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Məhkəmə prosesi bağlı qapılar arxasında aparılıb. Müttəhimlərin hamısı Şimali Qafqazda İnquşetiya Respublikası sakinləridir.
This item is part of
XS
SM
MD
LG