Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:30

Rusiya Duması etiraz aksiyalarına görə cərimələri qaldırır



Mayın 22-də Rusiya Dövlət Dumasının deputatları etiraz aksiyaları barədə qanunvericiliyin pozulmasına görə cərimələrin kəskin artırılmasını nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib.

Hakim Vahid Rusiya Partiyasının təklif etdiyi qanun layihəsində belə qanun pozuntularının cəriməsi 1.5 milyon rubla – təxminən 48 000 dollara qaldırılır.

Müxalifət fəalları bildirirlər ki, bununla hökumət Vladimir Putinin əleyhinə etiraz dalğasını cilovlamağa çalışır.

Rusiyada sonuncu parlament və prezident seçkisinin saxtalaşdırıldığını deyən müxalifət partiyaları etiraz aksiyalarını davam etdirirlər.
XS
SM
MD
LG