Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:05

ABŞ-ın Əfqanıstandakı səfiri istefa verir

ABŞ mediasının xəbərinə görə bu ölkənin Əfqanıstandakı səfiri, veteran diplomat Ryan Crocker yaxınlarda istefa verməyə hazırlaşır. Hələlik 2011-ci ilin iyulundan Kabulda səfir kimi çalışan Crockerin istefasının konkret səbəbləri açıqlanmır.

O, 2007-2009-cu illərdə də İraqda səfir olmuşdu. Həmin illər bu ölkədə toqquşmaların kəskin azaldığı illər kimi yadda qalıb.

Ryan Crocker bundan əvvəl də Pakistan, Suriya və Livanda ABŞ-ın səfiri olub.
XS
SM
MD
LG