Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 14:22

Dünyada 75 milyon gənc işsizdir

Dünyada gənclərin 13 faizi işsizdir. Növbəti 4 ildə bu göstəricinin yaxşılaşacağı gözlənilmir. Beynəlxalq Əmək Təşkilatının hesabatında belə deyilir.

Hesabatda deyilir ki, ixtisaslı gənclərin bir çoxu yarı günlük işlərdə, yaxud da ixtisas tələb etməyən işlərdə çalışır. Təşkilat hökumətləri gənclər üçün iş yerləri yaratmağı priaritet məsələyə çevirməyə çağırır.

Hesabata görə, 2007-ci ildən işsiz gənclərin sayı 4 milyon artıb. Yaşı 15-24 arası olan gənclərin 13 faizi, təxminən 75 milyon gənc işsizdir.
This item is part of
XS
SM
MD
LG