Keçid linkləri

2026, 13 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:51

Obama Yəməndəki terrordan narahatlığını bildirib

ABŞ “Əl-Qaidə”nin Yəməndəki terrorçu və ekstremist fəaliyyətindən narahatdır. Bunu ABŞ prezidenti Barack Obama deyib.

Obama bildirib ki, ABŞ-ın Yəməndəki siyasi inkişafa dəstək verməsinə baxmayaraq ölkə qeyri-sabit və yoxsuldur. Bundan başqa Yəmən ekstremizmdən də əziyyət çəkir.

Mayın 21-də paytaxt Sanada hərbi parad zamanı intiharçı özünü hərbçilərin arasında partlatmışdı. 100 nəfər hərbçi həlak olmuşdu, 300-ə yaxın adam yaralanmışdı. Terrora görə məsuliyyəti “Əl-Qaidə” üstünə götürüb.

BMT-nin baş katibi Ban ki-Moon günahkarların cəzalandırılmasına çağırıb.
This item is part of
XS
SM
MD
LG