Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

Vəkili Arif Hacılı ilə görüşüb


Arif Hacili
Arif Hacili
Vəkil Nemət Kərimli 16 saylı cəzaçəkmə müəssisəsində Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı ilə görüşüb.

Bu barədə İctimai Palatanın mətbuat mərkəzinə N.Kərimlinin özü məlumat verib.

Onun sözlərinə görə, görüş 5 saatadək davam edib: ”Arif Hacılı altı gündür aclıq aksiyasını davam etdirir. Zəiflədiyi hiss olunur. Hipertoniya xəstəliyindən əziyyət çəkir. O, hesab edir ki, səhhəti hələlik aclıq aksiyasını davam etdirməyə imkan verir. Arif Hacılı bildirdi ki, aclıq aksiyasını davam etdirməklə həm də, Müsavat Partiyasının qərargahında aclıq edənlər, eyni zamanda onların azadlığı uğrunda fədakar mübarizə aparan hər kəsə dəstək verir”.

Qeyd edək ki, A.Hacılı İP- nın ötən il aprelin 2-də Fəvvarələr meydanında keçirdiyi mitinqə görə həbs olunub və təşkilatçı kimi 2 il 6 ay azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Arif Hacılını vicdan məhbusu hesab edirlər.
XS
SM
MD
LG