Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Obama Rusiyadakı sammitə gəlməyəcək


Ağ Ev bildirib ki, Barack Obama Rusiyada keçirilməli Asiya-Sakit Okean sammitinə getməyəcək.
Sentyabrda Vladivostokda keçirilməli sammitə Rusiya prezidenti Putin sədrlik etməlidir.
Ancaq sentyabrda ABŞ-da Demokratik Partiyanın qurultayı olmalıdır. Həmin qurultay Obamanı bu partiyadan prezidentliyə namizəd irəli sürməlidir.

Bununla belə, Ağ Evin bəyanatı Putinin Böyük 8-liyin sammitinə getmədiyi elan olunandan sonra verilib.
Böyük 8-liyin Camp Daviddə keçirilməli sammitinə Obama sədrlik edəcək.
XS
SM
MD
LG