Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:41

Dalai Lama Çinin onu öldürmək üçün qadın hazırladığını deyir



Çin rəsmiləri Dalai Lamanın onun ölümünə cəhdlə bağlı ittihamlarını rədd edir. Tibetin 76 yaşlı buddist lideri Britaniya mediasına bildirib ki, Pekin onu öldürməsi üçün bir Tibetli qadına təlim keçir.

Lamanın dediyinə görə Çinin nəzarətində olan Tibetdə bir qadının saçına zəhərli maddə yerləşdirib, ayinlərdən birində ona toxunması tapşırılıb.

Dalai Lama "Sunday Telegraph" qəzetinə bildirib ki, Çinin xüsusi xidmət agentləri həmin qadına təlim keçirlər.

Çinin Xarici İşlər Nazirliyi isə mayın 14-də bildirib ki, bu cəfəngiyatdır, ümumiyyətlə Dalai Lama tez-tez belə yalan informasiyalar yaymaqla məşğuldur.

Hazırda mühacirətdə yaşayan Dalai Lama mayın 14-də Londonda “inanclı yaşamın üstünlüklərini sübut etmək sahəsində xidmətlərinə görə kilsənin 1.7 milyon dollarlıq mükafatını qəbul etməlidir.
XS
SM
MD
LG