Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:59

Zeynal Bağırzadə şərti cəza ilə azadlığa buraxıldı


Foto: Arxiv
Foto: Arxiv
Mayın 14-də AXCP Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadə Muxtar Respublika Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Bu haqda AzadlıqRadiosuna Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib.

Zeynal Bağırzadə bu il martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, saxta Çernobıl əlili sənədi düzəltməkdə ittiham olunurdu.

Üstəlik, məhkəmə uzun müddət saxta yolla əlillik pensiyası almaqla dövlətə dəymiş maddi zərərin də Zeynal Bağırzadə tərəfindən ödənilməsi haqda qərar çıxarmışdı.

Yaşar Bağırsoyun bildirməsinə görə, Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin qərarını dəyişərək, qardaşı barəsində çıxarılmış həbs qərarını şərti cəza ilə əvəz edib:

«Biz Zeynal Bağırzadəyə bəraət verilməsi haqda apelyasiya şikayəti vermişdik. Həmçinin qeyd etmişdik ki, verilən cəza da Azərbaycan məhkəmə praktikasına uyğun deyil. Yəni, onun haqqında çıxarılan qərar çox sərtdir. Məhkəmə də bəraət vermədi, 7 il 6 aylıq cəzanı şərti işlə əvəzlədi».

Yaşar Bağırsoy bildirir ki, qohumları dövlətə dəymiş maddi zərər kimi müəyyən edilən 18730 manatı Zeynal Bağırzadənin əvəzinə ödəyiblər:

«Ağır Cinayətlər Məhkəməsinin qərarı siyasi sifariş idi. Sadəcə biz qardaşımın buraxılması üçün güzəştə gedib, Apelyasiya Məhkəməsindən əvvəl həmin pulu ödədik. Çünki onun səhhəti hədsiz dərəcədə ağırlaşıb, azadlığa çıxıb müalicə olunmağa ehtiyacı var idi».

Zeynal Bağırzadə deyir ki, Apellyasiya Məhkəməsinin qərarı onları tam qane etmədiyindən bu qərardan kasasiya şikayəti verəcəklər:

«Biz bəraət istəmişdik. Onlar isə qərarı dəyişib şərti işlə əvəzləyiblər. Zeynal özü də bütün ittihamları rədd edir. Ona görə də bu qərardan kasasiya şikayəti verəcəyik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG