Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:11

Zaqatalada dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək


Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək.

APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə mayın 14-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib:

«Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq».
XS
SM
MD
LG