Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:03

«Eurovison» müsabiqəsinin daha 9 təmsilçisi Bakıda məşqə başlayır


«Eurovison» məşqləri başlayıb
«Eurovison» məşqləri başlayıb
Mayın 14-də saat 11-də «Baku Crystal Hall»da «Eurovison 2012» Mahnı Müsabiqəsində iştirak edən daha 9 ölkə təmsilçisinin məşqi başlanacaq.

Səhnəyə İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiya təmsilçiləri çıxacaq. Hər bir ölkə təmsilçisi məşqdən sonra mətbuat konfransı keçirəcək.

Mayın 13-də isə ilk 9 ölkə təmsilçisinin məşqi olub. Monteneqro təmsilçisi Rambo Amedous, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmary, İslandiyadan Greta SalomeJonsi, Albaniyadan Rona Nishliu, Rumıniya təmsilçisi Mandinga, İsveçrə təmsilçisi Sinplus, Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla məşq ediblər.

Yarımfinalların və finalın son məşqləri mayın 21, 23-ü və 25-də keçiriləcək.
XS
SM
MD
LG