Rumıniyanın yeni təhsil naziri Ioan Mang plagiatlıq ittihamları ilə üzləşib. Müxalifət onu informasiya texnologiyalarına dair doktorluq işini Yaponiya, İsrail alimlərindən köçürməkdə ittiham edərək istefasını tələb edirlər.
Müxalifət iddia edir ki, 53 yaşlı professor Ioan Mang elmi işində köçürdüyü mənbələrdəki səhvləri də eynilə təkrar edib.
Baş nazir Victor Ponta Elmlər Akademiyasını bu ittihamları araşdırmağa çağırıb. Baş nazir bundan əvvəlki Təhsil naziri namizədini də geri çəkməli olub. Müxalifət həmin namizədin də Stanford Universitetini bitirməsi haqqında məlumatın yalan olduğunu üzə çıxarıb.