Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Zaqatalada çadır və qida çatışmazlığı, aclıq çəkən müxalifətçilər...


Mətbuat icmalı
Mətbuat icmalı
PREZİDENT ZƏLZƏLƏNİN EPİSENTRİNDƏ

«Azərbaycan» qəzeti budəfəki sayında qeyd edir ki, prezident İlham Əliyev ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təbii fəlakət zonasında səfərdə olub. Dövlət başçısı zəlzələnin episentrində - Zaqatalanın Gözparaq kəndində təbii fəlakətdən ziyan çəkənlərlə görüşüb, yeni evlərin tikilməsi ilə bağlı fikirlərini bölüşüb.

ACLIĞI AZADLIQDA OLANLAR KEÇİRƏCƏK

«Azadlıq» qəzetinin bildirdiyinə görə, İctimai Palata vicdan məhbuslarına müraciət edəcək ki, aclıq aksiyasına başlamasınlar. Koordinasiya şurası hesab edir ki, məhbusların vəziyyəti onsuz da ağır olduğu üçün onların aclıq aksiyasına başlaması məqbul deyil. Koordinasiya şurası qərara gəlib ki, aclıq aksiyasını İP-nın azadlıqda olan üzvləri keçirsinlər.

ATTESTATLARI TQDK VERƏCƏK

«Yeni Müsavat» qəzeti yazır ki, bundan sonra məktəb attestatlarını da Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası verəcək. Qəzetin bildirdiyinə görə, bu qurumun sədri Məleykə Abbaszadə deyib ki, buraxılış imtahanlarını TQDK öz bazası ilə keçirəcək. Çünki Təhsil Nazirliyinin verdiyi baza onları qane etmir.

ZAQATALADA İFLİC VƏZİYYƏT

«Bizim yol» qəzeti isə Zaqatalada, zəlzələ bölgəsində həyatın iflic vəziyyətə düşdüyünü bildirir. Qəzetin yazdığına görə təbii fəlakət bölgəsində üç minədək ev dağılıb. Zəlzələdən zərərçəkənlər çadır, qida çatışmazlığı ilə üzləşiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG