Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

BMT Təhlükəsizlik Şurası Dəməşqdə baş verənləri pisləyib


Dəməşqdə partlayış
Dəməşqdə partlayış
BMT Təhlükəsizlik Şurası mayın 10-da Dəməşqdə baş verən partlayışı pisləyib. Həmin partlayış nəticəsində 55 adam ölüb, 372 adam yaralanıb. Bu, Suriyada son bir il ərzində baş verən ən qanlı partlayışdır.

Toplantıdan sonrakı brifinqdə Təhlükəsizlik Şurasının hazırkı sədri Aqşin Mehdiyev bildirib ki, Təhlükəsizlik Şurasının üzvləri Dəməşqdə baş verən çoxlu sayda adamın ölümünə səbəb olan terror aktlarını pisləyib. Onlar bu dəhşətli aktların qurbanlarına və ailə üzvlərinə başsağlığı veriblər: «Təhlükəsizlik Şurasının üzvləri Suriyadakı bütün tərəfləri xüsusi elçinin 6 maddəlik təklifindəki müddəalarını dərhal və tam yerinə yetirməyə, 2042 və 2043 saylı qətnamələrə riayət etməyə və xüsusilə hər hansı silahlı zorakılığa son qoymağa çağırır».

«Təhlükəsizlik Şurasının üzvləri bir daha təsdiq edirlər ki, terrorçuluq beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. İstənilən terror aktı harada nə vaxt, kim tərəfindən və hansı motivlə törədilməsindən asılı olmayaraq cinayət əməlidir, ona haqq qazandırıla bilməz», deyə Mehdiyev bildirib.

«Kofi Annanın 6 maddəlik sülh planı hələ də uğur qazana bilərmi» sualına isə Aqşin Mehdiyev belə cavab verib: «Ümid edək, gəlin buna ümid edək. Çünki bu gün bu, 6 maddəlik plana alternativ görmürəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG