Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Niyə "Eurovision"a Azərbaycan ədəbiyyatından dəfələrlə çox pul ayrılır?


Dövlətin yazıçılara dəstəyi Azərbaycan Yazıçılar Birliyinə ayrılan pulla məhdudlaşmalıdırmı?

Niyə məsələn, dövlətin yazıçılara verdiyi dəstək hər il "Eurovision" mahnı müsabiqəsinə hazırlıq üçün xərclənən pullardan dəfələrlə az olur?

Niyə Azərbaycan yazıçılarına konkret əsər layihələri üçün Avropadakı kimi dövlət büdcəsindən qrantlar verilmir, onların əsərləri dövlət hesabına xarici dillərə tərcümə edilmir?

Bu gün saat 12 05-də "Pen klub" proqramında bu suallar ətrafında müzakirəyə AYB-dən "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, müstəqil yazar, Milli Kitab Mükafatının son qalibi Pərviz Cəbrayıl və vaxtilə Türkiyədə yaşamış şair, publisist Tofiq Abdin qatılacaqlar.

Proqrama telefonla son illərin ən çox satılan romanlarından birinin - "Amneziya"nın müəllifi, yazıçı Əli Əkbər və Milli Məclisin mədəniyyət komissiyasından millət vəkili Jalə Əliyeva da qoşulacaqlar.

Proqramı bu gün saat 12 05-dən canlı olaraq BURDA canlı dinlə!

Müzakirəni canlı izlə


Live broadcast by Ustream

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG