Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:12

Tymoshenko şərtlə xəstəxanaya köçürülməyə razılaşıb


Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko mərkəzi kliniki xəstəxanaya köçürülməyə razılaşıb. Ancaq bir şərtlə ki, onu müalicə edən həkim alman klinikasının həkimi Luts Harms olsun. Bu haqda “İnterfax”a Yulia Tymoshenkonun qızı Yevgenia məlumat verib.

Tymoshenkonun qızı deyib ki, doktor Harms anasını müayinə edəndən sonra deyib ki, müalicə vacibdir, yoxsa onda əlillik yarana bilər.

Həkim deyib ki, aclıq nəticəsində Tymoshenko 10 kq arıqlayıb.

Yulia Tymoshenko bildirir ki, Xarkov şəhər həbsxanasının mühafizəçiləri onu döyüb. Buna etiraz olaraq aprel ayından açlıq aksiyası keçirir. Həkimlər onun onurğa sütununda problemlərin olduğunu bildiriblər.

Avstriya, Çexiya, Almaniya, İtaliya və Sloveniya prezidentləri Yulia Tymoshenkonun səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər. Onun saxlanma şəraitinə etiraz olaraq mayın 11-12-də Yaltada keçiriləcək Mərkəzi və Şərqi Avropa dövlətlərinin sammitində iştirak etməkdən imtina ediblər.
XS
SM
MD
LG