Mayın 7-də prezident İlham Əliyev “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak edib.
Prezidentin saytında yayılan məlumatda qeyd edilir ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür.
“Baku Crystal Hall” Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunub. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin “Crystal” sarayında keçirilməsi ilə bağlı qərar qəbul edib.
“Eurovision” mahnı müsabiqəsinin yarımfinallarının əsas məşqləri mayın 21 və 23-də, yarımfinallar mayın 22-si və 24-də, final mərhələsinin əsas məşqi mayın 25-də, müsabiqənin finalı isə mayın 26-da olacaq.