Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:01

Təhsil Nazirliyi I-V sinif dərsliklərinin tenderini elan edib


Təhsil Nazirliyi il ərzində bu məsələyə ciddi hazırlaşır. Hazırda I-V sinif dərsliklərinin tenderi elan olunub. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, tenderdə iştirak edən nəşriyyatlar öz təkliflərini Təhsil Nazirliyinə təqdim edib. Nazirlikdə həmin müraciətlər baxılıb və bu günlərdə Qiymətləndirmə Şurası öz işinə başlayacaq.

Nazir dərsliklərdəki səhvlərə də münasibət bildirib: «Ümumiyyətlə, dünyanın heç bir ölkəsində səhvi, nöqsanı olmayan dərslik yoxdur. Biz bunu bilirik, İctimaiyyətin müzakirəsini keçiririk. Hər il aldığımız qeydləri yadda saxlayaraq mütəxəssislərin köməyi ilə nöqsanları aradan qaldırmağa çalışırıq. Ona görə də ildən-ilə bizim dərsliklərin həm poliqrafik keyfiyyətində, həm də məzmununda çox ciddi yeniliklər olur. Əminəm ki, gələcəkdə bu səhvlərin sayı daha az olacaq».
XS
SM
MD
LG