Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:59

Avropa Birliyinin idman komissarı da Ukraynada futbol birinciliyinə getməkdən imtina etdi


Avropa Birliyinin idman komissarı Androulla Vassiliou Ukraynaya futbol üzrə Avropa birinciliyinin finalına getməkdən imtina edib.

O deyib ki, Ukraynaya getməyi yersiz olardı.
Ancaq bildirib ki, Polşadakı oyunlara gedə bilər.

Keçmiş baş nazir Timoşenkoya 7 il həbs cəzasının qanuniliyinə və həbsxanada onunla davranışa görə, Avropa Birliyi rəsmiləri Ukraynadakı idman tədbirini boykot edirlər.
Onlar arasında Avropa Birliyinin xarici işlər komissarı Ashton, Avropa Komissiyasının sədri Barroso və başqaları var.

Avropa Birinciliyinin finalı Polşa və Ukraynada keçiriləcək.
XS
SM
MD
LG