Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Britaniyada kəbinləri qeydiyyata alacaqlar?


Müsəlman nikahlarında kəbin kağızı kifayətdir
Müsəlman nikahlarında kəbin kağızı kifayətdir

Bİr neçə qalmaqallı olaydan sonra Britaniyada müsəlmanların evli, ya subay olduqlarını bilmək, və eyni adamın sayı itirib bir neçə nəfərlə nigahda olmasının qarşısını almaq üçün kəbinlərin də qedyiyyata alınması təklif olunur

Birləşmiş Krallıqda tez-tez müsəlman nikahları ilə əlaqəli qarışıqlıq yaranır. “The Guardian” ölkədəki bu problemə toxunub. Qəzetin yazdığına görə, bu yaxınlarda Müsəlmanlığı qəbul edən George Galloway dördüncü dəfə Jemima Khanla evlənib. Lakin bir qədər sonra onun üçüncü həyat yoldaşı iddia edib ki, onlar İslama görə hələ də evli sayılırlar.

Materialda qeyd olunur ki, adətən İngiltərədəki müsəlmanlar İslam adətlərinə uyğun olaraq kəbin kəsdirir, öz evliliklərini yerli qanunlara əsasən rəsmiləşdirmirlər. Belə olanda, boşanma zamanı qadınlar ayrıseçkiliklə üzləşir, əmlak və digər hüquqlarından istifadə edə bilmir.

Ailə hüququ üzrə mütəxəssis Aina Khan qeyri-rəsmi evliliklər ətrafında yaranmış situasiyanı “saatlı bombaya” bənzədir. Ehtimal olunur ki, Böyük Britaniyadakı müsəlman nikahlarının 70-75 faizi rəsmi şəkildə qeydə alınmayıb.

Müsəlman qadınları hesab edir ki, xristian və yəhudilərdə olduğu kimi onların dini kəbinləri avtomatik olaraq rəsmiləşdirilmiş sayılır. Lakin rəsmi nikahı olmayan qadın boşananda ümidi yalnız şəriət məhkəməsinə qalır.

Bu cür evliliklər dağılanda, yaxud kişi dünyasını dəyişəndə, çox vaxt qadın və uşaqlar öz hüquqlarından yararlana bilmir, evsiz və pulsuz qalırlar. Onlar boşanma zamanı kişilərə nisbətən daha çox pul ödəyirlər. Bəzi hallarda isə sistemin effektsizliyi ucbatından boşanmaq istəyən qadınlar 3-5 illiyinə həbsə də düşüb.

Hazırda ölkədə bir neçə məscid dini kəbinlərin rəsmi qeydiyyatını da aparır. Ekspertlər tələb edirlər ki, hazırda kəbin kəsən imamlar və müsəlman icmalarına rədmi nikah kəsmək səlahiyyəti verilməlidir.
XS
SM
MD
LG