Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:09

Abituriyentlərin seçim turu başlayıb


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər mayın 1 –dən 18-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməlidirlər. Məhz bu turda müvəffəqiyyət qazananlar qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Buna qədərsə onlar ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurub təsdiqlətməlidirlər.

TQDK-dan verilən məlumata görə, ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçim turunu bu qurumun yaratdığı Qabiliyyət İmtahanı Komissiyası (QİK) həyata keçirir.

Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir.

QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir.

Qabiliyyət imtahanlarının cədvəli yaxın vaxtlarda TQDK-nın internet saytında veriləcəkdir.
XS
SM
MD
LG