-
Millət vəkili Zahid Oruc Azərbaycanda gedən müasir ictimai-siyasi proseslər barədə yazdığı məqaləni AzadlıqRadiosuna göndərib. Həmin məqaləni təqdim edirik.
***
«Sizə böyük sarsıntılar, mənə böyük Rusiya lazımdır» (Pyotr Stolıpin)
20-Cİ SAHƏ COĞRAFİ DALAN DEYİL
On illərdir ki, kütləvi aksiyaların say tərkibi əsas dartışma mövzusudur. Sizcə, 14800 rəqəmi və bir o qədər də inzibati orqanların ictimai nəqliyyatı «yoldan çıxarması» hesabına mitinqə gələ bilməyənlərin fonunda yeni situasiya formalaşdırmaq realdırmı? Sosial-siyasi üsyanlar haqda cəmiyyətə təqdim etdikləri kitablara açıb baxsınlar. Orada rəqəm söhbəti edilmir.
20-ci sahə coğrafi dalan deyil. Əgər ora yeni ideyalarla çıxsanız, hər-hansı vətəndaş taleyini sizinlə birgə görə bilər. Hakimiyyət əleyhdarı olmaq, ultimativ bəyanatlar səsləndirmək azdır. Xalqa deyil, xaricə indekslənmiş şüarlarla sizi yeni keyfiyyətdə təqdim etmək mümkünsüzdür.
Heç kəsə sirr deyil ki, tribunada vahidliyini göstərməyə çalışdığınız elita cəmiyyətin aparıcı kəsimini təşkil etmir. İki ziyalı ilə bütün elmi və ictimai avanqard toplumun sizi dəstəklədiyini bu millətə inandıra bilməzsiniz. Təkcə ona görə yox ki, peşəkarlar hakimiyyətin müdafiəçisidir və ya keçmiş idarəçiliyiniz onları qorxudur. Yox, həm də bugünkü antoqonist durumunuz da insanları sizdən qaçırır.
Əli Kərimli ilə İsa Qəmbər arasındakı patoloji münasibətləri nədən izah etmirsiniz? Yoxsa, yenə də belə bir model seçilib ki, iqtidarı dəyişənə qədər daxili konfliktləri bir kənara qoyasınız.
Bu praktikadan artıq istifadə olunub. Onun limiti qalmayıb. İç didişmələrini dövlət idarəçiliyinə daşıdığınız üçün AXC-yə heç müxalif müqavimət gərək olmadı.
Xaricə köklənmiş fəaliyyətin də bədəli ödənilib. Qərbpərəstlik o deyil ki, mühüm siyasi dönəmlərdə onların maraqlarını güdəsiniz. Avropa bilir ki, belə yeknəsəq, islahata və yeniliyə qapalı, donor qüvvələrdən və təfəkkürdən uzaq və daxili demokratizmdən kənar qüvvələr nəinki Azərbaycanın, eləcə də beynəlxalq birliyin on illər ərzində bu bölgədə qurduğu sistemi dağıdar.
Diplomatik korpusla görüşü təqdim edərkən bunu yeni iqtidar komandasına siyasi investisiya qoyuluşu olduğuna özünüz inanırsınız? Hər kəsə bəllidir ki, ötən əsrin sonlarında Qərb belə bir ənənəyə yiyələndi ki, iqtisadi-siyasi maraqları gerçəkləşdirmək üçün təkcə rəsmi qüvvələrlə deyil, eyni zamanda onlara təzyiq naminə alternativ qüvvələri də formada saxlamaq gərəkdir.
«ELƏ ÇIXMASIN Kİ, MİTİNQLƏRİN BÜTÜN İDDİASINI ƏSASSIZ SAYIRIQ»
Həmin dövlətlərin demokratiya ruhu Azərbaycanı İran əleyhinə bloka qoşmaq ideyasında, ərazimizin plasdarma çevrilməsi planında, Rusiya ilə əlaqələrdən geri çəkilmək tələbində və yeni qaz ehtiyatlarının əlverişli şərtlərlə və kəmərlərlə nəqli layihələrində təcəlli edir. Buna heç şübhəniz olmasın.
Elə çıxmasın ki, mitinqlərin bütün iddiasını əsassız sayırıq. Əsla.
Köçürülmələrdə mülkiyyət hüququ tapdalananlar, haqqı yeyilənlər və qeyri-şəffaflıq faktları da inkaredilməzdir. Üstəlik, rəsmiləşdirilməyən əmlak və mülkiyyət toxunulmazlığının müqəddəs dəyərə çevrilməsi də hakimiyyətin vəzifəsidir.
Lakin o insanları öz elektoratınız saymağa tələsməyin. Problemləri həllini tapan kimi sizi tərk edəcəklər. Bir də ki, faktı inkar edə bilməzsiniz ki, narazılar ora gələnlərədən çoxdur. Nədən onlar sizin hakimiyyət layihənizə və gələcək planlarınıza dayaq olmurlar? Çünki siyasi sabahınız onları qorxudur.
Təhlükə saçmaq, hədələmək və Əli Kərimli kimi öz şəxsi reputasiyasını təmizləmək naminə revanşist üsluba dayanmaq milli rəğbəti qazanmaq üçün yetərli deyil. Siz inandıra bilmirsiniz.
İCTİMAİ PALATA AKSİYALAR ÜZRƏ İXTİSASLAŞMIŞ ZAVODA ÇEVRİLMİŞDİR...
Vaxtı ilə Sovetlər birliyində zombi casuslar yetişdirmək üçün məşhur bir texnologiyadan istifadə olunurdu. Amerikadan qorxmaq, nifrət etmək və məhvinə çalışmaq kimi ideoloji ştamplar siyasətinizin ana xəttini təşkil edir.
İnkar ideologiyası ilə kütlənin düşüncəsinə hakim kəsilmək absurddur. Vətəndaş sizin xarici siyasətinizi, neft kursunuzu, əmlak bölgünüzü, təhsil baxışlarınızı, hərbi modelinizi görmək istəyir. Bax, mitinqdə bunlardan danışın. Onda 20-ci meydan ölkədə proseslərə ton vermək baxımından önəmli ola bilər. İndi o aksiya bitən kimi yaratdığınız eyforik durum dağılır.
Heç olmasa, Pənah bəy bilir ki, kütləvi tədbir «dalğa effekti» yaratmırsa, ictimai rəydə dövr etmirsə, heç olmasa bir həftə siyasi şüurlarda yaşamırsa, öz məqsədinə çatmamışdır. Belədə isə, mitinqlər sərbəst toplaşmaq kimi mexaniki məzmun daşıyır və həyat tərzi kimi təzahür edir. İctimai Palata aksiyalar üzrə ixtisaslaşmış zavoda çevrilmişdir.
Sizi dinləyən auditoriyaya göstərin ki, sabitlik şəraitində nəinki yaşaya bilirsiz, üstəlik xaos dövrünü başa vurmusuz. Çünki kabinet fəaliyyəti sizi real həyatdan xeyli uzaqlaşdırıb. Şam yeməyinə qatıldığınız səfirlik süfrələrini çıxmaq şərtilə, sizi çinovnik adlandırmaq olar. Təəccüblü deyil: Azərbaycanda müxalifətin də bürokratiyası mövcuddur.
Hər dəfə hakimiyyəti soyuq müharibə dövrünün ritorikasına qayıtmaqda suçlandırarkən sizin leksikonunuzun nə qədər demokratik olduğunu görmək istərdim.
İsa Qəmbər deyir: düşmənlər Heydər Əliyevi rəhbərliyə gətirdilər ki, Azərbaycanı məhv etsinlər.
Bununla insanların yaddaşsızlığına ümid bəsləyərək və daha ağır ittihamlarda bulunmaqla siyasi uğur qazanmaq mümkündürmü? Ulu öndəri bu millət və prezident Əbülfəz Elçibəy rəhbərliyə dəvət etdi.
«ULU ÖNDƏRİN MƏZARI ÖNÜNDƏ BAŞ ƏYMƏK ƏN YAXŞI SİYASİ DAVRANIŞ NÜMUNƏSİ OLARDI»
Heydər Əliyevin ruhu ilə döyüşməkdənsə, bunu mitinqlərin inqilabi tribunasına daşımaqdansa, qarşıdakı 10 mayı hədəf götürərək öz içərinizdəki natamamlıq kompleksindən qurtulmaq fürsətini əldən verməyin. Fəxri Xiyabanda Vətən torpağına qarışmış Ulu öndərin məzarını ziyarət, sayğı duruşu və baş əymək ən yaxşı siyasi davranış nümunəsi olardı.
İsa bəy, Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur və ona münasibət subyektiv rəylərdən asılı deyil. Dövləti təcəssüm etdirən şəxslərə baş əymək yeni dövr üçün bir şansdır.
Lider kimi qəbul etdiyiniz mərhum Əbülfəz Elçibəy belə də edərdi. Onun dövlət idarəçiliyinə baxışımız fərqli olsa da, məfkurə adamı kimi belə məsələlərdə birmənalı mövqeyinə şübhəmiz yoxdur.
O, yaşca Heydər Əliyevdən kiçik olsa da, həyatdan tez köçdü. Lakin sizin üzərinizdə Ulu öndərə ideya rəhbərinizin mənəvi borcunu qaytarmaq qalıb. Bu halda ruhları da sakit buraxmış olacaqsınız.
AYAZ MÜTƏLLİBOV BAŞ ƏYMƏKLƏ BAŞINI UCALTDI...
Ayaz Mütəlılibov Moskvadan qayıdarkən Fəxri Xiyabanı ziyarətdə bulunmuşdu. Saytlardan biri onun «canlı ölüyə» çevrildiyini hökm etdi. Halbuki, bu mühacir həyatını o xalqın qəzəbi ilə qazanmışdı və A. Mütəllibovun şəxsi karyerası və siyasi inkişafına hər zaman dəstək olan Heydər Əliyevlə düşmənçiliyi də o özü seçmişdi.
Vətənindən on illərlə uzaqlarda qalmağı təqdir etmirəm, lakin Rusiyanın aləti statusunu da ona bizlər deyil, Xalq Cəbhəsi vermişdi. Bu baxımdan onun Fəxri Xiyabanda əyilən başı fiziki deformasiya yox, mənəvi düzəlmə sayıla bilər.
Jurnalist Elmar Hüseynovun atası Sabir kişinin «Yeni Müsavat»a dedikləri heç xatirimdən çıxmır. Ö söyləmişdi ki, müxalif rəhbərlər ona təklif etdilər ki, «ver Elmarın cəsədini keçə-küçə gəzdirək». Yəqin, bu sözləri sakit oxuya bilmədiniz.
Məni ittiham etməkdənsə, gedib o müsahibə ilə tanış olun. İnqilab üçün jurnalist cəsədi siyasi kapital yığımına yarayırsa, heç olmasa Qonqadzenin taleyinə baxmağınız kifayətdir. V. Yuşşenko hakimiyyətdə yoxdur və qətlin hələ də yeni-yeni təfərrüatları açılmaqdadır.
Günahkarların tapılmasına görə hakimiyyəti qınamaq ayrı, cəsədi ümumxalq baxışına çıxarmaq və milli nifrəti silaha çevirmək istəyi isə daha dəhşətlidir.
PREZİDENT XALQ ÜÇÜN ƏN SADƏ VƏ DEMOKRAT RƏHBƏRDİR
Bu yaxınlarda azadlığa çıxmış Ruslan Bəşirli yeddi ildən sonra öz sevgisinə qovuşdu. Qırdığınız talelərdə dövlət orqanlarını qınamaqdansa, ideoloji-siyasi sisteminizin təbiəti haqda da düşünsəniz yaxşı olardı.
Sizin çevrənizi tərk edənlərin bir çoxu uğur qazandılar. Ona görə yox ki, hakimiyyət onları mükafatlandırdı. Xeyr, sadəcə daimi qarşıdurma ruhu, perspektivsizlik onları usandırdı və kollektiv taleni bir kənara buraxıb fərdi xilas yolunu tutdular.
Cənab İlham Əliyevin avtoritet obrazı üzərində təhlil aparanların öz siyasi portretlərini təqdim etməsi faydalı olmazdımı? Halbuki, ölkə Prezidenti xalq üçün ən sadə və demokrat rəhbərdir.
Bu tolerantlığı və liberallığı, həmçinin müasir baxışları əks cinah haqqında söyləmək mümkündürmü?
UĞURU OLMAYAN İQTİDAR NECƏ HAKİMİYYƏTDƏ QALIR?
Mətbuatınızda yaratdığınız virtuallıqla gerçəklik arasında böyük məsafə var. 20 ildir «dağılacaq» dediyiniz dövlət ayaq üstədir.
Uğuru olmayan iqtidar idarəçilikdə qala bilməz. Hər gün işdən çıxardığınız məmurlar bu dövlətin quruculuğunda iştirak edirlər. Ola bilsin bir qismi yorulub, tükənib, yaxud milli və siyasi kimliyini itirib.
Onların yaşamasını şərtləndirən bilirsinizmi nədir: barışmazlıq, düşərgə mübarizəsi.
Sizin media əsatirləriniz dəfələrlə dağılıb. Oliqarx saydıqlarınız işdən gedəndən sonra çox adi görünüblər. Ya da ki, milli oğrularımız sizlərə vəsait verəndə sanki təmizləniblər və müxalifətin amnistiyasına düşüblər. Bu fikrin əksi də doğrudur.
Çirkli məmur da siyasi əsası olmayan başqa qüvvənin və ya medianın yaşamasının qarantıdır. Əgər elə deyilsə, mən onlara çağırış edirəm: bircə ay müxalifət mətbuatını köşklərdən almayıb elektron resurslarla keçinin! Yaranan siyasi mənzərəyə birlikdə baxarıq.
İQTİDARI DÜŞMƏN HƏDƏFİNƏ ÇEVİRMƏKLƏ ERMƏNİSTANI UNUTMUSUNUZ
Yeni müxalifət anlayışı həm də milli təəssüb deməkdir. Belə hesab edək ki, almanlar bizim Avroqələbəmizdən sonra cəmiyyətimizi və siyasi sistemimizi təftiş edib xeyli nöqsanlar tapıblar. Bunlar böyük tarixə və dövlətçilik təcrübəsinə malik olan Almaniyanın haqqıdır.
Bəs, sizə nə gəlib ki, alman səfirinin «onun ölkəsini gözdən salmağa azərbaycanlıların intellekti yetməz» fikrini manşetlərə daşıyırsız?
Bu bəyanatın təfərrüatına varmaq istəmirəm. Hərçənd ki, Azərbaycan xalqı İkinci dünya müharibəsini faşizmlə bağlayaraq alman xalqına ən böyük ehtiramını və sevgisini bu gün də göstərməkdədir.
Lakin səfirin bəyanatını təkcə iqtidara zərbə sayanlar eyni üslublu çağırışla çıxış edə bilərlərmi? Təxminən belə: filan xalq bizi gözdən sala bilməz!
Bu, ölkədə heç nəyə məsuliyyət daşımayan qüvvələrin borcu, siyasi kimliliyi qarşısındakı başlıca tələbdir. Əks halda, xalqın məğlubiyyəti üzərində qalib gəlməyə çalışmış olacaqsınız... Nə yaxşı ki, bütün siyasi qüvvələr müəyyən beynəlxalq əlaqələrə malikdir.
AZADLIQ MEYDANI VƏ BÜLLUR SARAYINI FƏRQİ
Deməli, sizin tanımadığınız qətnamə - Avropa Şurasının Ermənistanı işğalçı kimi tanıdığı sənəd əvəzinə sizlər yeni qərarlar gətirəcəksiniz. Onsuz da iqtidarı düşmən hədəfinə çevirməklə Ermənistanı unutmusunuz.
Heç olmasa rəqiblərinizə qarşı savaşda söz kəsmək üçün əl boyda bir Qarabağ sənədi gətirin. Xalq bunu səbirsizliklə gözləyir.
Bunu hər gün beynəlxalq bəyanatlara səbəb olan Eurovision da sizdən tələb edir.
26 maya elə də çox qalmayıb. Lakin siyasi Eurovision səhnəsi hər gün yeni ifalarla zənginləşir.
Bu beynəlxalq yarışmaya öz siyasi mahnıları ilə qatılan cənablar, Azadlıq meydanını xatırlayırsızmı?
O vaxt birliyin, bütövlüyün, tarixi arzuların və milli ruhun simvolu olan bu müqəddəs məkan indi haradadır? Siyasi qiblənizi elə itirmisiz ki, indi hər səhnədən nicat umursuz.
Vaxtı ilə Azadlıq meydanında doğulanların indi Büllur Sarayına üz tutması günümüzün hadisəsi, təkzibolunmaz siyasi faktı və tarixin ironiyasıdır.
Azadlıq meydanı maşın parkına çevrildi. Təəssüf ki... Bu xeyli miflər və özgürlük duyğularının üzərinə pərdə çəkdi. Bilirsizmi niyə: vaxtı ilə bu meydanda natiqlərə tribuna verən İsa bəylər indi Büllur Sarayından mikrofon umur.
Görün, haradan-hara gəliblər. Siyasi kursunu itirənlər Şou sarayından təqdimat verəcəklər: Azadlıq meydanı və Büllur Sarayının fərqi barəsində...
ZAHİD ORUC, millət vəkili
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Millət vəkili Zahid Oruc Azərbaycanda gedən müasir ictimai-siyasi proseslər barədə yazdığı məqaləni AzadlıqRadiosuna göndərib. Həmin məqaləni təqdim edirik.
***
«Sizə böyük sarsıntılar, mənə böyük Rusiya lazımdır» (Pyotr Stolıpin)
20-Cİ SAHƏ COĞRAFİ DALAN DEYİL
On illərdir ki, kütləvi aksiyaların say tərkibi əsas dartışma mövzusudur. Sizcə, 14800 rəqəmi və bir o qədər də inzibati orqanların ictimai nəqliyyatı «yoldan çıxarması» hesabına mitinqə gələ bilməyənlərin fonunda yeni situasiya formalaşdırmaq realdırmı? Sosial-siyasi üsyanlar haqda cəmiyyətə təqdim etdikləri kitablara açıb baxsınlar. Orada rəqəm söhbəti edilmir.
20-ci sahə coğrafi dalan deyil. Əgər ora yeni ideyalarla çıxsanız, hər-hansı vətəndaş taleyini sizinlə birgə görə bilər. Hakimiyyət əleyhdarı olmaq, ultimativ bəyanatlar səsləndirmək azdır. Xalqa deyil, xaricə indekslənmiş şüarlarla sizi yeni keyfiyyətdə təqdim etmək mümkünsüzdür.
Heç kəsə sirr deyil ki, tribunada vahidliyini göstərməyə çalışdığınız elita cəmiyyətin aparıcı kəsimini təşkil etmir. İki ziyalı ilə bütün elmi və ictimai avanqard toplumun sizi dəstəklədiyini bu millətə inandıra bilməzsiniz. Təkcə ona görə yox ki, peşəkarlar hakimiyyətin müdafiəçisidir və ya keçmiş idarəçiliyiniz onları qorxudur. Yox, həm də bugünkü antoqonist durumunuz da insanları sizdən qaçırır.
20-ci sahə coğrafi dalan deyil. Əgər ora yeni ideyalarla çıxsanız, hər-hansı vətəndaş taleyini sizinlə birgə görə bilər.
Əli Kərimli ilə İsa Qəmbər arasındakı patoloji münasibətləri nədən izah etmirsiniz? Yoxsa, yenə də belə bir model seçilib ki, iqtidarı dəyişənə qədər daxili konfliktləri bir kənara qoyasınız.
Bu praktikadan artıq istifadə olunub. Onun limiti qalmayıb. İç didişmələrini dövlət idarəçiliyinə daşıdığınız üçün AXC-yə heç müxalif müqavimət gərək olmadı.
Xaricə köklənmiş fəaliyyətin də bədəli ödənilib. Qərbpərəstlik o deyil ki, mühüm siyasi dönəmlərdə onların maraqlarını güdəsiniz. Avropa bilir ki, belə yeknəsəq, islahata və yeniliyə qapalı, donor qüvvələrdən və təfəkkürdən uzaq və daxili demokratizmdən kənar qüvvələr nəinki Azərbaycanın, eləcə də beynəlxalq birliyin on illər ərzində bu bölgədə qurduğu sistemi dağıdar.
Diplomatik korpusla görüşü təqdim edərkən bunu yeni iqtidar komandasına siyasi investisiya qoyuluşu olduğuna özünüz inanırsınız? Hər kəsə bəllidir ki, ötən əsrin sonlarında Qərb belə bir ənənəyə yiyələndi ki, iqtisadi-siyasi maraqları gerçəkləşdirmək üçün təkcə rəsmi qüvvələrlə deyil, eyni zamanda onlara təzyiq naminə alternativ qüvvələri də formada saxlamaq gərəkdir.
«ELƏ ÇIXMASIN Kİ, MİTİNQLƏRİN BÜTÜN İDDİASINI ƏSASSIZ SAYIRIQ»
Həmin dövlətlərin demokratiya ruhu Azərbaycanı İran əleyhinə bloka qoşmaq ideyasında, ərazimizin plasdarma çevrilməsi planında, Rusiya ilə əlaqələrdən geri çəkilmək tələbində və yeni qaz ehtiyatlarının əlverişli şərtlərlə və kəmərlərlə nəqli layihələrində təcəlli edir. Buna heç şübhəniz olmasın.
Elə çıxmasın ki, mitinqlərin bütün iddiasını əsassız sayırıq. Əsla.
Köçürülmələrdə mülkiyyət hüququ tapdalananlar, haqqı yeyilənlər və qeyri-şəffaflıq faktları da inkaredilməzdir. Üstəlik, rəsmiləşdirilməyən əmlak və mülkiyyət toxunulmazlığının müqəddəs dəyərə çevrilməsi də hakimiyyətin vəzifəsidir.
İctimai Palata aksiyalar üzrə ixtisaslaşmış zavoda çevrilmişdir.
Lakin o insanları öz elektoratınız saymağa tələsməyin. Problemləri həllini tapan kimi sizi tərk edəcəklər. Bir də ki, faktı inkar edə bilməzsiniz ki, narazılar ora gələnlərədən çoxdur. Nədən onlar sizin hakimiyyət layihənizə və gələcək planlarınıza dayaq olmurlar? Çünki siyasi sabahınız onları qorxudur.
Təhlükə saçmaq, hədələmək və Əli Kərimli kimi öz şəxsi reputasiyasını təmizləmək naminə revanşist üsluba dayanmaq milli rəğbəti qazanmaq üçün yetərli deyil. Siz inandıra bilmirsiniz.
İCTİMAİ PALATA AKSİYALAR ÜZRƏ İXTİSASLAŞMIŞ ZAVODA ÇEVRİLMİŞDİR...
Vaxtı ilə Sovetlər birliyində zombi casuslar yetişdirmək üçün məşhur bir texnologiyadan istifadə olunurdu. Amerikadan qorxmaq, nifrət etmək və məhvinə çalışmaq kimi ideoloji ştamplar siyasətinizin ana xəttini təşkil edir.
İnkar ideologiyası ilə kütlənin düşüncəsinə hakim kəsilmək absurddur. Vətəndaş sizin xarici siyasətinizi, neft kursunuzu, əmlak bölgünüzü, təhsil baxışlarınızı, hərbi modelinizi görmək istəyir. Bax, mitinqdə bunlardan danışın. Onda 20-ci meydan ölkədə proseslərə ton vermək baxımından önəmli ola bilər. İndi o aksiya bitən kimi yaratdığınız eyforik durum dağılır.
Heç olmasa, Pənah bəy bilir ki, kütləvi tədbir «dalğa effekti» yaratmırsa, ictimai rəydə dövr etmirsə, heç olmasa bir həftə siyasi şüurlarda yaşamırsa, öz məqsədinə çatmamışdır. Belədə isə, mitinqlər sərbəst toplaşmaq kimi mexaniki məzmun daşıyır və həyat tərzi kimi təzahür edir. İctimai Palata aksiyalar üzrə ixtisaslaşmış zavoda çevrilmişdir.
Sizi dinləyən auditoriyaya göstərin ki, sabitlik şəraitində nəinki yaşaya bilirsiz, üstəlik xaos dövrünü başa vurmusuz. Çünki kabinet fəaliyyəti sizi real həyatdan xeyli uzaqlaşdırıb. Şam yeməyinə qatıldığınız səfirlik süfrələrini çıxmaq şərtilə, sizi çinovnik adlandırmaq olar. Təəccüblü deyil: Azərbaycanda müxalifətin də bürokratiyası mövcuddur.
Fəxri Xiyabanda Vətən torpağına qarışmış Ulu öndərin məzarını ziyarət, sayğı duruşu və baş əymək ən yaxşı siyasi davranış nümunəsi olardı.