Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:30

Suriyanın hökumət qoşunları universitetdə reyd keçirib


Suriya hökumət qoşunlarının cümə axşamına keçən gecə Hələb universitetində keçirdiyi reyd zamanı 4 tələbə öldürülüb, 28-i isə yaralanıb.

Yaralılardan 3-ü ağır vəziyyətdədir.

Yerli fəalların sözlərinə görə tələbələr ötən gün hökumət əleyhinə nümayiş keçiriblər.

Həmçinin cümə axşamı Duma şəhəri və Dəməşq ətrafında reydlər keçirilib.


Cümə günü baş vermiş toqquşmalarda isə 22 əsgər və 3 üsyançı ölüb.

BMT hər iki tərəfi atəşkəsi pozmaqda ittiham edib.

Müxalifətdə olan milli şura ölkədə həbslərin artdığını deyir.

Şura ölkədəki beynəlxalq müşahidəçiləri həbsxanalara baxış keçirməyə, həmçinin
BMT-nin təhlükəsizlik şurasını həbslər, qətl və işgəncələrə son qoyulmasını tələb edən qətnamə qəbul etməyə çağırıb.

Hüquq müdafiəçiləri son 14 ay ərzində ölkədə 100 min müxalifətçinin həbs edildiyini, onlardan 25 mininin hələ də həbsdə olduğunu, 11 mindən çox adamınsa öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG