Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 06:40

Araşdırmaçı Jurnalistika Məktəbinin saytı təqdim olunub

Mayın 3-də Regional Araşdırmaçı Jurnalistika Məktəbinin (Regional School For investigative Journalism (RSİJ) ) veb saytının- «investigator.az» saytının təqdimatı keçirilib.

3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərən sayt Azərbaycanda araşdırmaçı jurnalistlər üçün yaradılan ilk internet resursudur.

Saytı «Açıq Cəmiyyət İnstitutu»nun maliyyə dəstəyi ilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi yaradıb.

Regional Araşdırmaçı Jurnalistika Məktəbi (RSİJ) 2010-cu ildə yaradılıb.
This item is part of
XS
SM
MD
LG