Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 17:54

TANAP-la bağlı danışıqlar bu ay başa çata bilər


Arxiv foto
Azərbaycan və Türkiyə Trans-Anadolu boru kəməri ilə bağlı uzanan danışıqları bu ayın sonuna qədər başa çatdırmaq niyyətindədirlər.

Bloomberg agentliyinin məlumatına görə, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov deyib ki, «biz bu ayın sonuna qədər danışıqları başa çatdırıb, iyunun 30-a qədər hökumətlərarası saziş imzalamaq niyyətindəyik».

Elşad Nəsirov deyib ki, «saziş vergi və investisiya rejimi məsələlərinə görə yubanıb».

Azərbaycan və Türkiyə 2 min km uzunluğunda olacaq Trans-Anadolu boru kəməri ilə bağlı dekabrda anlaşma memorandumu imzalamışdılar. Kəmər ilə BP-nin operatorluq etdiyi Şahdəniz yatağından Avropaya qaz ixrac olunmalıdır.

TANAP kimi tanınan Trans-Anadolu Kəmər Layihəsində ARDNŞ 80 faiz paya, Türkiyənin BOTAŞ və Türk Petrolları şirkətləri isə birlikdə 20 faiz paya sahib olacaqlar. Layihə 5-7 milyard dollar qiymətləndirilir. Tərəfdaşlar Trans-Anadolu kəmərini 2017, ya da 2018-ci ilə qədər, yəni Şahdəniz layihəsi üzrə hasilatın ikinci fazası başlayana qədər tikib başa çatdırmalıdır.

Sonradan bu boru kəməri Nabucco və yaxud Nabucco ilə rəqabət aparan Cənub-Şərqi Avropa boru kəməri ilə birləşməlidir.
XS
SM
MD
LG