Türkiyə Avropa Birliyinin dəstəklədiyi Nabucco layihəsinə artıq tam dəstək vermir.
Bunun əvəzində Türkiyə özünün TANAP, yəni TransAnadolu Kəmər Layihəsini dəstəkləyəcək. -
Bunu Türkiyənin Enerji nazirliyinin adı çəkiməyən sözçüsü DPA agentliyinə deyib.
Ancaq o, bildirib ki, Türkiyə Nabucconu dəstəkləyən 6 ölkədən ibarət konsorsiumda qalır.
Enerji Nazirliyinin sözçüsünün dediyinə görə, TANAP Nabuccodan qat-qat ucuz və asan başa gəlir və Azərbaycanla əməkdaşlığı nəzərdə tutur.
O deyib ki, TANAP Türkiyənin mövcud kəmərlərindən istifadə etməyə və ildə 16 milyard kub metr Azərbaycan qazını Yunanıstana və Bolqarıstana çatdırmağa imkan verir.
Sözçü deyib ki, TANAPa Azərbaycanın mövcud qazı kifayət edir, Nabuccoya isə əlavə qaz mənbələri lazımdır.
Nabucco kəmər konsorsiumunun əsas iştirakçılarından olan Almaniyanın RWE şirkəti bu yaxınlarda işarə edib ki, Nabuccoya inamını itirib, ancaq formal olaraq konsorsiumdan çıxmaq qəraraını hələ verməyib.