Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 19:51

BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana nə verəcək? [Video]


Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi...
Gözlə

No media source currently available

0:00 0:54:36 0:00
Direct-ə keçid

Mayın 1-də «İşdən sonra» proqramında politoloqlar Elxan Mehdiyev, Elxan Şahinoğlu və Elman Nəsirov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyindən gözləntilərini açıqlayıblar.

«Artıq Azərbaycan beynəlxalq məsələlərlə bağlı mövqe bildirmək məcburiyyətindədir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Elxan Şahinoğlu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi haqda danışarkən deyib:

«Azərbaycanın seçdiyi balanslaşdırma siyasətində çox böyük yanlışlıqlar var. Biz elə bir geopolitik mövqedə yerləşirik ki, burda seçim etmək son dərəcə vacibdir. Seçim isə NATO və Avropa Birliyi, Türkiyə istiqamətində olmalıdır. İndi isə Azərbaycan bu sədrliyə seçilib və çox ciddi məsələlərin müzakirəsində iştirak edir».

Politoloq Elman Nəsirov isə Azərbaycanın müstəqilliyinin 20-ci ilini qeyd elədiyi bir vaxtda sədrliyə seçilməsini mühüm bir hadisə adlandırır. E.Nəsirov deyir ki, 1 ay ərzində TŞ-a sədrlik edən dövlət həmin müddətdə ediləcək müzakirələrin gündəliyini müəyyənləşdirir. Bu baxımdan Azərbaycan qəbul ediləcək qərarların istiqamətləndirilməsi və onlara təsir göstərmək imkanına malik olacaq. Azərbaycanın balanslaşdırma siyasətinə toxunan politoloq bu siyasəti düzgün adlandırır:

«Əks siyasətin ən gözəl nümunəsi Gürcüstandır. 2008-ci ilin avqust hadisələrində Gürcüstan Qərbdən gözlədiyi dəstəyi ala bilmədi. Azərbaycan balanslaşdırılmış siyasəti həyata keçirərkən bu məsələni nəzərə alır».

Elxan Mehdiyev isə BMT-də Qarabağla bağlı qəbul olunmuş qətnamələrə toxunaraq onların gündəmə gətirilməsi üçün imkanın yarandığını deyir:

«Lakin belə görünür ki, Azərbaycan hökumətini Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır. Çünki 4 aydır ki, Azərbaycan BMT-nin TŞ-na üzvdür və torpaqların işğalı məsələsi gündəmə gətirilməyib. Bu məsələ gündəmə gətirilmirsə, Azərbaycanın TŞ-da olması nəyə lazımdır?».

E.Mehdiyev Qarabağ məsələsinin gündəmə çıxarılacağı təqdirdə Azərbaycana qarşı münasibətin dəyişəcəyi iradı ilə razılaşmır:

«İndi Azərbaycana nə münasibət var ki? Torpaqları işğal altında, yüz minlərlə qaçqını olmasına baxmayaraq, heç kim buna münasibət bildirmir. Bundan betər nə olacaq ki? Bəs Azərbaycan öz davasını harada edəcək?».

Verilişi tam olaraq buradan dinləyin:


XS
SM
MD
LG