Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:30

Niderland marixuana satışını məhdudlaşdırır


Mayın 1-dən etibarən Niderlandın bəzi yerlərində marixuana yalnız ölkədə daimi yaşayanlara satılacaq.

Ölkənin cənub hissəsində yaşayanlardan indi “kannabis vəsiqəsi” üçün qeydiyyatdan keçmək tələb olunur, bununla da onlara uyğun kafelərdə marixuana almağa icazə veriləcək.

Çətənə texniki olaraq qeyri-qanunidir, amma kiçik bir qismi cinayət sayılmır.

Amsterdam rəsmiləri bu yeni qaydaya qarşı çıxırlar, amma bu qanunun bütövlükdə ölkəni əhatə etməsi üçün hələ növbəti ili gözləmək lazım gələcək.

Bəzi hollandlar bu dəyişikliyi müsbət qarşılayır, bildirirlər ki, milyonlarla əcnəbi turisti cəlb etmək üçün mövcud liberal qanunvericiliyə qarşıdırlar, çünki şəhərdəki tıxacdan, səs-küydən və marixuana alverçilərindən təngə gəliblər.

Cənub şəhəri Maastrichtdə marixuana satılan mağazaların sahibləri yeni qaydalara etiraz edir və hökumətə bu qanunu sınaqdan keçirməyi dayandırmağa çağırır.
XS
SM
MD
LG