Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:40

İraqın qaçmış vitse prezidentinə 6 hakimi öldürtmək ittihamı irəli sürülüb


İraq ədliyyəsi bildirir ki, İraqın sünni vitse prezidentinə qarşı 6 hakimi öldürmək və bir sıra qətllər ittihamı irəli sürülüb.

Vitse-prezident Tariq Hasheminin həbsinə şiə hökuməti keçən ilin dekabrında əmr vermişdi, ancaq o bundan bir az qabaq Bağdadı tərk etdi.

Hashemi hazırda İstanbuldadır.

Onun məhkəməsi mayın 3-də başlanacaq.
Hashemi bildirir ki, ona qarşı ittihamlar siyasi motivlidir.
XS
SM
MD
LG