Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

Quba hadisələrində həbs olunanlarla görüş keçirilib


Quba,1Mart 2012
Quba,1Mart 2012
Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında Quba hadisələri ilə bağlı saxlanan 11 nəfərlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, həmin şəxslərdən - «Xəyal TV»nin redaktoru Zaur Quliyev istintaq təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazılıq etməsə də, ilkin tutulma zamanı psixoloji təzyiqə məruz qaldığını və səhhətində problemlərin olduğunu bildirib.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Dinc aksiya bir qədər sonra icra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun evinin yandırılması ilə sona çatıb.

Etirazlara səbəb isə Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirlər olub. Sosial şəbəkələrdə yayılan həmin çıxışı rayon sakinləri özlərinə təhqir kimi qiymətləndiriblər.

Aksiyadan bir gün sonra prezident Rauf Həbibovu vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin aprelin 5-də yaydığı məlumata əsasən, Quba hadisələri ilə əlaqədar 30 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onlardan 12-si həbs edilib, 18-dən isə başqa yerə getməmək haqqında iltizam alınıb. Həbs olunanların 2-si Qubadakı «Xəyal» televiziyasının əməkdaşlarıdır.

Yerli sakinlər isə aprelin 4-də Qubada səfərdə olan hüquq müdafiəçilərinə bildiriblər ki, həbs olunanların sayı 30-dan çoxdur. Ümumilikdə isə 200-ə yaxın şəxs istintaqa cəlb olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG