Keçid linkləri

2024, 28 May, çərşənbə axşamı, Bakı vaxtı 23:46

Qubaya yeni icra başçısı təyin olunub


Mübariz Ağayev
Mübariz Ağayev
Quba rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saat 17:00-də Mübariz Ağayev rayon ictimaiyyətinə təqdim olunub. Yeni icra başçısını Prezident Administrasiyası şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.
Bu təyinata qədər M. Ağayev Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub.
2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2007-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Mübariz Ağayev Yeni Azərbaycan Partiyasının üzvüdür.
Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.
Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildirblər.
Martın 2-də prezidentin sərəncamı ilə Rauf Həbibov icra başçısı vəzifəsindən azad edib.
Quba hadisələri ilə bağlı istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG