Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Əcnəbi serialların yayımı dayandırılır


Arxiv foto
Arxiv foto
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət bu gün - aprelin 30-da başa çatır.

Sabahdan ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılacaq.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və dəyişə bilməz: «Bu elə məsələdir ki, bir dəfə qərar verilir. Qərar verilib, yerinə yetiriləcək. Bu qərarı pozanlara qarşı qanuna uyğun addımlar atılacaq. MTRŞ-nın qərarları kanallar üçün məcburidir. Qəbul etməsələr, qərarı yerinə yetirməsələr, təbii ki, adekvat addımlar atılacaq».

Şura sədri bəyan edib ki, qanuna əsasən, MTRŞ-nın qanunu pozanlara qarşı üç cəza tədbiri var: «Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın geri alınması üçün işə başlayır. Qanunu pozanlar üçün bu üçündən biri tətbiq olunacaq».
XS
SM
MD
LG