Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:28

Baradei Misirdə yeni partiya yaradıb


Misirdəki islahatlar uğrunda hərəkatın lideri Mohammed al Baradei yeni “Konstitusiya” partiyası yaradıb.

O Qahirədə keçirdiyi mətbuat konfransında bildirib ki, məqsədi ölkədəki domokratik hərəkatı xilas etməkdir.

Yeni partiya yaratmaq Baradeinin siyasətə dönməsindən xəbər verir.

Analitiklər hesab edir ki, Onun siyasi səhnəyə qayıtması parlament seçkilərindəki ağır məğlubiyyətdən sonra liberallara yeni güc verəcək.

Bu yaxınlarda Misirdə keçirilmiş seçkilərdə parlamentdəki yerlərin 70 faizini islamçılar tutub.

Mayın 23-24-də isə Misirdə prezident seçkisinin birinci mərhələsi keçiriləcək.
XS
SM
MD
LG