Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

Məlahət Nəsibova Mətbuat Azadlığı Mükafatı aldı


Məlahət Nəsibova
Məlahət Nəsibova
Hüquq müdafiəçisi Məlahət Nəsibova Sərhədsiz Reportyorlar Təşkilatının Mətbuat Azadlığı Mükafatını alıb.

Mükafat ona qurumun İsveç bölməsindən – «Azərbaycanda mətbuat azadlığı, söz azadlığı, demokratiya və insan haqları uğrunda cəsarətli işinə görə» verilib.

AzadlıqRadiosuna müsahibəsində Məlahət Nəsibova deyib ki, mükafat ona Ümumdünya Mətbuat Azadlığı Günü-mayın 3-də təqdim ediləcək:

«Azərbaycanda heç bir mükafata layiq görülməsəm də, ikinci dəfə belə bir beynəlxalq mükafata layiq görülməyimə çox sevinirəm. Bu, mənim üçün böyük şərəfdir. Azərbaycanda bu mükafata layiq görüləsi çox jurnalistlər var. Düşünürəm ki, Naxçıvan çətin bölgə olduğu üçün bu mükafatı mənə verməyi məsləhət biliblər».

Məlahət Nəsibova ilk beynəlxalq mükafatı 2009-cu ildə alıb. Onda AzadlıqRadiosunun Naxçıvan Muxtar Respublikasında müxbiri kimi işləyən M.Nəsibova İnsan Hüquqları üzrə «Rafto» mükafatına layiq görülmüşdü.

Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinə rəhbərlik edir.
XS
SM
MD
LG