Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Çində hüquq müdafiəçisi ev dustaqlığından qaçıb


Çində ev dustaqlığından qaçmış tanınmış hüquq müdafiəçisi və dissident Chen Guangchengin baş nazir Wen Jiabaoya video müraciəti yayılıb. O ailə üzvlərinin döyülməsi ilə bağlı araşdırma aparılmasını, qohumlarının təhlükəsizliyinin təmin olunmasını, korrupsiyada ittiham olunan məmurların məhkəməyə çıxarılmasını tələb edir.

Chenin yoxa çıxması xəbəri bu gün səhər yayılmışdı. Şahidlərin sözlərinə görə, onun yaşadığı ərazidə bundan əvvəl axtarış aparılmışdı. Gözdən əlil olan dissidentin ABŞ-ın Pekindəki səfirliyində gizlənə biləcəyi haqqında da xəbərlər yayılıb.

Chen Guangcheng 2010-cu ilin sentyabrından ev dustağı idi. ABŞ dövlət katibi Hillary Clinton dəfələrlə Çin hökumətini Cheni azad etməyə çağırıb. Gələn həftə Clintonun Çinə səfəri gözlənilir.
XS
SM
MD
LG