Bu həftə «Facebook»da geniş müzakirə olunan mövzular «prezidentin qol saatı» və «Sumqayıtda uşaq oğurluğu» oldu. AzadlıqFM müzakirələrə səbəb olan xəbərlərin necə yarandığını və nə dərəcədə həqiqətəuyğun olduğunu araşdırır.
Gəlin baxaq, «Facebook»dakı tüstünün odu olurmu, yoxsa tamamilə dedi-qoduya əsaslanır?
AzadlıqFM-in aprelin 27-də mövzusu da bu idi: ««Facebook»da şayiələr»
Studiyada APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı
və «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli idilər.
PROQRAMIN SƏS YAZISINI BURADA DİNLƏ
Gəlin baxaq, «Facebook»dakı tüstünün odu olurmu, yoxsa tamamilə dedi-qoduya əsaslanır?
AzadlıqFM-in aprelin 27-də mövzusu da bu idi: ««Facebook»da şayiələr»
Studiyada APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı
və «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli idilər.
Vüsalə Mahirqızı bildirdi:
- Yeni media bizi öz arxasınca aparır. Çünki sosial şəbəkələrdə olan adamlar bəzən hadisələrin iştirakçısı, hətta yaradıcısı olurlar və bu barədə öz hesablarında yazırlar. Amma sosial şəbəkələrdə və ya bloqlarda yazılanlar xəbərdirmi? Sosial şəbəkə xəbəri kütləvi şəkildə yaymaq gücünə malikdir. Fikrimcə, sosial şəbəkələrdə gəzən xəbərləri bir media olaraq biz, o cümlədən rəsmi qurumlar nəinki qulaqardına vurmaq, hətta dərhal reaksiya verməliyik.
Prezidentin qol saatı ilə olan xəbərə münasibətini bildirən Vüsalə Mahirqızı, qeyd etdi ki, saatı istehsal edən şirkətlə əlaqə saxlayıb, onun real qiymətini dəqiqləşdirmək olardı.
Rövşən Hacıbəyli deyir:
- Biz tanıdığımız, etibar etdiyimz adamların sosial şəbəkələrdə yazdıqlarına mənbə kimi yanaşırıq. Prezidentin qol saatı ilə bağlı yazan blogerə də etibarlı mənbə kimi yanaşdıq. İndi biz prezidentin mətbuat xidmətinə sorğu yazmışıq ki, prezidentin qol saatı neçəyədir, hansı firmadandır, bu barədə bizə məlumat versin. Əgər saatın qiyməti 800 min yox, 600 mindirsə, onda biz üzr istəyəcəyik.
Proqram ərəfəsində AzadlıqFM-ə müsahibəsində Daxili İşlər Nazirliyinin təmsilçisi Orxan Mansurzadə qeyd etdi ki, sosial şəbəkələrdə, əhali arasında çaşqınlıq yaradan və ya yalandan terrorçuluqla bağlı məlumat yayanlar məsuliyyətə cəlb oluna bilər. O, Sumqayıtda uşaq oğurluğu ilə barədə yayılan xəbərlərı əsassız adlandırdı.
- Orda 13 yaşında bir uşaq itib, ailəsi polisə müraciət edib. Hazıda polis uşağın axtarılması istiqamətində tədbirlər görür. – deyə O.Mansurzadə bildirdi və əlavə etdi ki, oğlanın ailədə mübahisə edərək sadəcə evdən qaçdığını istisna etmir.
PROQRAMIN SƏS YAZISINI BURADA DİNLƏ