Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 01:41

İordaniyanın baş naziri istefa verib


İordaniyanın baş naziri Awn Shawkat al Khasawneh gözlənilmədən istefa verib.

O bu vəzifəyə ötən ilin oktyabrında təyin edilmişdi.

Hələlik istefanın səbəbi bəlli deyil.

Amma yüksək səlahiyyətli rəsmilərin sözlərinə görə, artıq kral Abdullah istefanı qəbul edib.

62 yaşlı hakim hökuməti yaradarkən müstəqil siyasət yeridəcəyini və demokratik islahatlar aparacağını vəd etmişdi.

Amma müxalifət və islamçılar hökumətin siyasətindən narazıydılar, xüsusilə də hökumətin seçki haqqında qanun layihəsindən .
XS
SM
MD
LG