Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:34

Nazarbayev Qərb ölkələrini tənqid edir


Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Qərb ölkələrini “öz dəyərlərini dünyanın qalan hissələrinə də zorla yayma cəhdinə görə” tənqid edib.

Rusiyanın dövlət televiziyasına müsahibəsində Nazarbayev deyib ki, müasir kütləvi informasiya vasitələrindən istifadə edərək daxili siyasətə təsir cəhdləri bəzi ölkələrin təhlükəsizliyini risk altına qoyub.

“ABŞ tərəfindən təbliğatı aparılan Qərb mədəniyyətini fərqli mentaliteti, tarixi və ənənələri olan müxtəlif xalqların boynuna qoymaq olmaz”.

Nazarbayevin fikrincə, ərəb ölkələrində başlayan iqtisadi yüksəliş ötən ildən etibarən 15 il geriyə düşdü. O, həmçinin ərəb ölkələrində baş vermiş üsyanlardan sonra şəriət qanunlarına meylli hökumətlərin qurulmasından narahatlığını ifadə edib.
XS
SM
MD
LG