Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 05:28

Ali məhkəmə baş naziri təqsirli bilir

Pakistan Ali Məhkəməsi baş nazir Yusif Gilanini məhkəməyə sayğısızlıqda təqsirli bilir.

Ölkənin ən yüksək instansiya məhkəməsi ölkə prezidenti Asif Zərdarinin korrupsiya işinin aparılmasına yenidən təkan vermədiyi üçün fevral ayında baş naziri Gilaniyə qarşı məhkəməyə hörmətsizlik ittihamı irəli sürmüşdü.

Gilani bildirib ki, məhkəməyə etirazının səbəbi prezidentin cinayət ittihamından toxunulmazlıq hüququnun olmasıdır.

O, həmçinin Zardari siyasi səbəblərdən ittiham etdiyi üçün məhkəməni günahkar hesab edir.

Bu olaydan sonra Gilani öz vəzifəsini itirə və 6 ay müddətinə həbs edilə bilər.
This item is part of
XS
SM
MD
LG