Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 06:19
Aprelin 26-da ABŞ-ın Harvard Kennedi Məktəbində həbsxanada olan gənc fəal Bəxtiyar Hacıyevlə bağlı konfrans keçiriləcək.

Bəxtiyara dəstək kampaniyasından verilən məlumata görə, «Vicdan məhbusları:«Amnesty International»ın ədalətsiz həbs edilənlərin azad edilməsi üçün qlobal fəaliyyəti» adlı tədbir ictimaiyyətə açıq keçiriləcək.

«Bəxtiyar Hacıyevin azadlığı üçün Harvard komitəsi» və Harvard universitetinin İnsan Hüquqları üzrə professional maraqlar şurasının təşkil etdiyi konfransda «Amnesty International»ın Şimal-Şərq ölkələri üzrə regional direktoru Joshua Rubenstein də iştirak edəcək.

Onun Azərbaycandakı vicdan məhbusları problemləri, xüsusilə, Bəxtiyar Hacıyevin həbsi, o cümlədən «Amnesty International»ın vicdan məhbuslarının azad edilməsi üçün göstərdiyi fəaliyyətilə bağlı məruzə edəcəyi gözlənir.

Harvard universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci il mart ayının 4-də həbs edilib. «Hərbi xidmətdən yayınma» ittihamı ilə 2 illik azadlıqdan məhrum edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu «vicdan məhbusu» sayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG