Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Yaxın günlərdə Azərbaycanda hava yağmursuz olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 26-27-də ölkə ərazisində hava şəraiti nisbətən sabit olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. .

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
XS
SM
MD
LG