Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 07:35

Timoşenko xəstəxanadan həbsxanaya qaytarılıb


Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliyo Timoşenko Xarkov həbsxanasından həbsxanaya qaytarılıb.

Bunu Azadlıqradiosunun müxbirinə Timoşenkonun vəkili Sergey Vlasenko bildirib.

Jurnalistlər Səhiyyə Nazirliyi və Penitensiar Xidmətin keçirəcəkləri brifinqdən daha ətraflı məlumat gözləyirlər.

Timoşenko xəstəxanaya aprelin 20-də götürülmüşdü.

Tibbi müayinədən imtina edən Timoşenko vəkillə görüş tələb edirdi.

Keçmiş baş nazirin tərəfdarları onun xəstəxanaya məcburən götürülməsini istisna etmirlər.

Timoşenko hazırda 7 il həbs cəzası çəkir.

O hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Bundan başqa vergidən yayınma və məsrəfçilik ittihamıyla ona qarşı yeni məhkəmə işi başlanıb.
XS
SM
MD
LG