Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Jurnalistə hücumla bağlı cinayət işi açılıb


Qazaxıstanda "Uralskaya nedelya" qəzetinin müxbiri Lukpan Akhmedyarova hücumla bağlı cinayət işi açılıb. Lukpan Akhmedyarov bu gün ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Jurnalistin vəziyyəti ağırdır.

Lukpan Akhmedyarov dünən gecə evində hücuma məruz qalıb. Şahidlərin sözlərinə görə, ona beş nəfər hücum edib. Akhmedyarov möhkəm döyülüb, ona napnevmatik silahdan atəş açılıb.

"Uralskaya nedelya" qəzetinin baş redaktoru Tamara Eslyamova bildirib ki, son günlər Lukpan Akhmedyarov və ailəsi bir neçə dəfə hədə-qorxuya məruz qalıb.

Jurnalistləri Müdafiə Komitəsi Qazaxıstan hakimiyyətini jurnalistə olan hücumu araşdırmağa çağırıb.

Həmkarları bu hücumun jurnalisti öldürmək məqsədilə törədildiyini bildirir.
XS
SM
MD
LG