Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 03:06

Təhsil Nazirliyinin səlahiyyətlərinin bir qismi TQDK-a verilir


Foto arxiv
Azərbaycan prezidenti İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında əsasnamədə dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanda orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılmasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilməsi nəzərdə tutulur.

Fərmana əsasən, TQDK bir ay ərzində nəzdindəki təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmalı, Azərbaycan Nazirlər Kabinetinə üç regional bölmənin yaradılması barədə təklif verməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Təhsil Nazirliyi isə ümumtəhsil müəssisələrində təhsil alanların biliyinin yekun attestasiyası üçün istifadə etdiyi maddi-teхniki avadanlıq və elektron məlumat bazasının 15 gün ərzində TQDK-ya verilməsini təmin etməlidir.
XS
SM
MD
LG