Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 06:11

Jurnalist 4 aylıq həbs edildi


Çernoqoriya məhkəməsi böhtana görə jurnalist Petr Komnenikə 4 aylıq həbs cəzası verib.

Jurnalistin fikrincə, Çernoqoriya hakimiyyəti bir neçə məhkəmə hakimini qeyri-qanuni nəzarətdə saxlayır. Hakimiyyət bunu böhtan hesab edir. Dövlət ittihamçısı fevralda saxlanmış jurnalistə ya cərimə, ya da həbs cəzası istəmişdi. Komnenik cərimə ödəməkdən imtina edib və yüksək instansiya məhkəməsinə gedib. Məhkəmə isə qərar çıxarıb ki, jurnalist həbs cəzasına məhkum olunmasın, o, icma işlərinə cəlb edilsin. Amma Podqorika məhkəməsi onun həbsinə qərar çıxardı.

Komnenik Vijesti televiziyasının redaktorudur. O həmçinin AzadlıqRadiosu və reuters Agentliyi üçün də materiallar hazırlayırdı. Avropa Birliyi jurnalistin həbsilə bağlı narahatlığını bildirib.
XS
SM
MD
LG