Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Çinin baş naziri korrupsiyanı hakim partiyaya ən böyük təhlükə adlandırır


Çinin baş naziri Wen Jiabao “Qiushi” jurnalına yazdığı məqaləsində korrupsiyanı hakim partiyaya ən böyük təhlükə adlandırıb.

Jiabaonun fikrincə, hakimiyyətdə daha çox aşkarlığa və dövlət qurumlarında səlahiyyət cəmlənməsini azaltmağa ehtiyac var.

Jiabaonun məqaləsindən az əvvəl Çinin tanınmış siyasətçisi Bo Xilai intizamı pozmaq ittihamı ilə cəzalandırıldı.

Regional partiya lideri olan Xilai vəzifəsindən istifadə edərək həyat yoldaşının istintaqına müdaxilə edirdi.
Onun xanımı Gu Xilai britaniyalı biznesmeni zəhərləməkdə şübhəli bilinərək həbs olunub.
Polisin məlumatına görə, həmin britaniyalı biznesmen Gu Xilainin xaricə qanunsuz pul köçürmə planlarını ifşa etmək istəyirdi.
XS
SM
MD
LG