Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 23:45

İran uranı zənginləşdirmə haqqından geri çəkilmir


İranın Xarici İşlər naziri Ali Akbar Salehi deyib ki, İran uranı zənginləşdirmək haqqından imtina etməyəcək.
O bildirib ki, bu zənginləşdirməyin səviyyəsi müzakirə üçün açıqdır.

Salehi İranın “Jam-i Jam” televiziyasına deyib ki, zənginləşdirmək “uranın natural vəziyyətindən 100 faiz zənginləşdirilməyə qədər geniş “ ola bilər.

Nazir bildirib ki, mayın 23-də Bağdadda İranla 6 dövlətin – ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniyanın danışıqlarında bu məsələni müzakirə etməyə yer var.

Salehi bunları İranla 6 super dövlətin İstanbul danışıqlarının yekunları və gələcəyi haqda suallara cavab verərkən deyib.
XS
SM
MD
LG