Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

Suriyanın Homs şəhərində 6 adam öldürülüb


Suriya hökumət qoşunlarının bazar günü Homs şəhərini atəşə tutması nəticəsində azı 6 adam ölüb.

Bu barədə müzalifət fəalları xəbər verirlər.

Bazar günü axşam Dəməşqə beynəlxalq müşahidəçilər gəlməlidir.

6 nəfərlik qrup bazar ertəsindən atəşkəsin monitorinqinə başlayacaq.

Yaxın günlərdə isə Suriyaya daha 20 müşahidəçi göndəriləcək.

Şənbə günü BMT-nin təhlükəsizlik şurasında Suriyaya beynəlxalq müşahidəçilər göndərilməsilə bağlı qətnamə qəbul ediblib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

Bu müddət rəzində 10 mindən çox adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG